
Bakı.Trend:
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət
işi üzrə məhkəmə prosesi keçirilib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində kim Elnur Nuriyevin
sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, Anar Əsədli dörd epizod üzrə dələduzluqda ittiham
edilir.
Təqsirləndirilən Anar Əsədli yüksək gəlir gətirmək adı ilə Oqtay
Qasımovdan müxtəlif vaxtlarda ümumilikdə 255 min manat alıb. Anar
Əsədli sözügedən puldan bir qismini geri qaytarıb.
Anar Əsədli iş üzrə zərərçəkən qismində tanınan Etibar
Nəsirovdan isə ümumilikdə 8 500 manat alıb. Alınan məbləğdən 3400
manat geri ödəniş edilib.
Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin
məbləğin isə 4250 manatını geri qaytarıb.
Tamara Allahverdiyevadan ümumilikdə 78 500 manat pul alınıb.
Dəyən ziyandan 17 min manatı geri ödəniş edib.
Təqsirləndirlən Anar Əsədli cinayət işi üzrə özünü təqsirli
bilməyib.
Proses 19 dekabrda davam edəcək.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda
təqsirləndirilib.

