Bakı. Trend:
Noyabrın 26-da hakimiyyətə gələn hərbçilər ölkə ərazisində
insanların hərəkəti ilə bağlı əvvəlki məhdudiyyətləri və komendant
saatını noyabrın 28-dən etibarən ləğv etdiklərini elan ediblər.
Trend xəbər verir
ki, bu barədə Ali Hərbi Komandanlığın (AHK) Milli Televiziya
vasitəsilə yayımlanan bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, 26 noyabr 2025-ci il hadisələrindən
sonra ölkə yollarında insanların və yüklərin hərəkətinə
məhdudiyyətlər tətbiq edilmiş, gecə vaxtı komendant saatı elan
olunmuşdu. Ölkə prezidentinin keçid dövrü üçün and içməsi və
qaydanın bərpası məqsədilə AHK yaradılıb və insanların, həmçinin
dövlət müəssisələrinin və özəl şirkətlərin normal fəaliyyətinin
bərpası üçün şərait formalaşdırılıb. Yaranmış vəziyyəti təhlil
edərək, AHK 28 noyabrdan etibarən bütün əvvəlki məhdudiyyətlərin
ləğv olunduğunu açıqlayıb.
Bəyanatda həmçinin qeyd olunub ki, sabiq prezident Umaru Sisoku
Embalo, daxili işlər və ictimai asayiş naziri Botçe Kande, Silahlı
Qüvvələrin Baş Qərargah rəisi Biage Na Ntan və onun müavini Mamadu
Ture sağlamdırlar, lakin AHK tərəfindən həbsdə saxlanılırlar.
AHK məlumat verib ki, yaxın vaxtlarda Qvineya-Bisauda keçid
hökuməti yaradılacaq və ölkədə sakitlik və sabitliyi poza biləcək
yürüşlərin, etirazların, nümayişlərin və digər fəaliyyətlərin
qadağan olunduğunu bəyan edib.

