Bakı. Trend:
Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən
iri miqyaslı yanğın nəticəsində həlak olanların sayı 83-ə yüksəlib.
Ölənlər arasında bir yanğınsöndürən də var.
Trend xəbər verir
ki, məlumatı “South China Morning Post” yayıb.
Hadisə yerində tammiqyaslı xilasetmə əməliyyatları davam
etdirilir. Qeyd olunur ki, kompleksdəki səkkiz yaşayış blokunda
2024-cü ilin iyul ayından təmir işləri aparılırdı. Hakimiyyət
orqanları təmirdə istifadə olunan tez alışan penopolistirol
materialının yanğının sürətlə yayılmasına səbəb olduğunu
bildirir.
Bundan əlavə, xilasetmə əməliyyatları zamanı yanğınsöndürənlər
binanın mərtəbələrindən birinin pilləkənlərində sağ qalan bir şəxsi
xilas ediblər.

