“AFEN Plaza”dakı partlayışda xəsarət alan şəxsin vəziyyəti pisləşib, yenidən xəstəxanaya yerləşdirilib

Baş səhifə
AFEN Plazadakı partlayışda xəsarət alan şəxsin vəziyyəti pisləşib, yenidən xəstəxanaya yerləşdirilib

Bakıda noyabrın 24-də “AFEN Plaza”da partlayış baş verən obyektdə xəsarət alan şəxsin vəziyyəti pisləşib, yenidən xəstəxanaya yerləşirilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 5 nəfərdən (2-si kişi, 3-ü qadın olmaqla) 3 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.

1 nəfərin müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

1 nəfər isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Müalicəsi tibb müəssisəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

MƏLUMAT YENİLƏNİR…