Ukrayna və ABŞ nümayəndə heyətləri Cenevrədə müzakirə edilən sazişin əsas şərtləri üzrə ümumi anlaşmaya nail olublar.
“Report”un Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib.
O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yekun mərhələləri tamamlamaq və ABŞ Prezidenti Donald Trampla razılığa gəlmək üçün noyabrın sonunadək ABŞ-yə səfərinin təşkil ediləcəyi gözlənilir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

