40 yaşlı Portuqaliya millisinin və “Əl-Nassr”ın hücumçusu Kriştiano Ronaldunun bioloji yaşı 28-dir.
“Report” xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsindəki “Whoop” hesabında məlumat verilib.
Artıq futbolçunun özü də bu nəşrə cavab verib. “Məlumatlar yalan deyil”,- deyə portuqaliyalı yazıb.
Noyabrın 23-də Ronaldu Səudiyyə Ərəbistanı liqasının matçında karyerasının 954-cü qolunu vurub.
Ronaldu milli komandaların, Avropa Çempionatlarının və Çempionlar Liqasının bütün zamanların ən yaxşı bombardiri və rəsmi oyunlarda 900 qol vuran ilk oyunçudur. Portuqaliyalı beş Çempionlar Liqası, 2016 Avropa Çempionatı və iki UEFA Millətlər Liqasının qalibi olub. Ronaldu 2006-cı ildən 2022-ci ilə qədər ardıcıl beş dünya çempionatında qol vuran yeganə oyunçu olaraq qalır.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

