Bakı. Trend:
ABŞ yaxın günlərdə prezident Nikolas Maduro hökumətinə qarşı
gizli əməliyyatlar da daxil olmaqla yeni təzyiq mərhələsinə
başlamağa hazırlaşır.
Trend xəbər verir
ki, bu barədə “Reuters” ABŞ administrasiyasındakı mənbələrə
istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın əməliyyatlara nə
vaxt başlayacağı və onların miqyası barədə dəqiq məlumat yoxdur,
lakin bu mərhələnin yaxın günlərdə başlaya biləcəyi gözlənilir.
“Reuters” eyni zamanda qeyd edir ki, ABŞ Venesuela hökumətinə
təzyiqi artırmaq istiqamətində addımlar atmağa çalışır.

