“United Airlines” təyyarəsi hava şarı ilə toqquşduqdan sonra təcili eniş edib

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 16-da “United Airlines”a məxsus “Boeing 737 Max”
sərnişin təyyarəsi 11 kilometr hündürlükdə meteoroloji məlumatlar
üçün istifadə edilən hava şarı ilə toqquşduqdan sonra Yuta ştatının
Solt-Leyk-Siti şəhərində təcili eniş edib.

Trend xəbər verir
ki, bu barədə “New York Post” ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi
Şurasının (NTSB) hesabatına istinadən məlumat yayıb.




Vaşinqton ştatının Spokan şəhərindən hava şarını buraxan “WindBorne Systems” şirkəti vaxtaşırı ona nəzarəti itirdiyini
etiraf edib ki, bu da insidentə səbəb ola bilər.

Nəşr bildirib ki, zond təyyarənin ön şüşəsini sındırıb və
pilotların kabinəsi şüşə qırıntıları ilə dolub. Hadisədən sonra
ekipaj təcili eniş edib. Sərnişinlərdən xəsarət alan olmayıb.