Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi artdı

Baş səhifə

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Özbəkistan arasında 472 milyon 548 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. 10 ayda Özbəkistanla ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,42%-ni təşkil edib.

Dövr ərzində Azərbaycandan Özbəkistana 60 milyon 988 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu, illik müqayisədə 93,9% çoxdur. Özbəkistana ixrac Azərbaycanın ümumi ixracının 0,28%-i həcmində olub.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 411 milyon 559 min ABŞ dolları dəyərində məhsul idxal edib. Bu isə, illik 2,5 dəfə artım deməkdir. 10 ayda Özbəkistandan idxal Azərbaycanın ümumi idxalının 2,14%-nə bərabər olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.