Bakı. Trend:
Sakit Okeanda, Rusiyanın Şimali Kuril adaları yaxınlığında 5,8
bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının
Vahid Geofizika Xidmətinin Saxalin filialından bildiriblər.
“Şənbə günü Saxalin vaxtı ilə saat 09:38-də Sakit okeanda 5,8
bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Paramuşir
adasındakı Severo-Kurilsk şəhərindən 200 km cənub-şərqdə yerləşib.
Ocağı isə dəniz dibindən 30 km dərinlikdə olub”, – deyə
bildirilib.
Məlumata əsasən, zəlzələ Severo-Kurilskdə iki və ya üç bal
gücündə hiss olunub. Sunami xəbərdarlığı elan edilməyib.

