Hindistan HHQ-nin qırıcısı “Dubai Airshow 2025″də qəzaya uğrayıb

Baş səhifə
Hindistan HHQ-nin qırıcısı Dubai Airshow 2025də qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) “Tejas” qırıcısı “Dubai Airshow 2025″də uçuş proqramı zamanı qəzaya uğrayıb.

Bu barədə “Report” ANI agentliyinə istinadən xəbər verir.

Hindistan Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, hadisənin təfərrüatları dəqiqləşdirilir.

“Pilotun taleyi ilə bağlı məlumat hələ aydınlaşdırılır”, – məlumatda bildirilib.