“WTDC-25” çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın
inkişafı sektorunun Qadınlar Şəbəkəsi (NoW in ITU-D) Ümumdünya
Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində
Bakıda xüsusi tədbir təşkil edib.

Trend bu barədə
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən

Tədbir qadınların informasiya-kommunikasiya texnologiyaları
sahəsində liderliyinin, qərarvermə proseslərində daha fəal
iştirakının dəstəklənməsi məqsədilə keçirilib.

Sessiyada Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi
Dorin Boqdan-Martin və qurumun Telekommunikasiyanın İnkişafı
Bürosunun direktoru Kosmas Lakison Zavazava çıxış edib.




Tədbirdə 2023 – 2025-ci illər ərzində şəbəkənin fəaliyyətinə
töhfə verən üzvlər sertifikatlarla təltif olunublar. Onlar arasında
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji inkişaf
şöbəsinin aparıcı məsləhətçisi, “WTDC-25” üzrə Qadınlar Şəbəkəsinin
Məşvərət Şurasının üzvü və mentoru Sahibə Həsənova da yer alıb.

Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi
Tinatin Vəliyeva isə menti kimi çıxış edərək təcrübəsini tədbir
iştirakçıları ilə bölüşüb.

Qeyd edək ki, “NoW” Beynəlxalq Telekommunikasiya İttifaqının
qadınların texnologiya və rəqəmsal sahədə iştirakını təşviq edən
proqramdır. Şəbəkə qadınlara təhsil imkanları təqdim etməklə
yanaşı, onların peşəkar bacarıqlarını inkişaf etdirmək üçün
mentorluq, təcrübə mübadiləsi və əlaqələndirmə platforması da
yaradır. Bu təşəbbüslər telekommunikasiya sahəsində qadın
liderliyinin gücləndirilməsinə və gender bərabərliyinin təşviqinə
xidmət edir.