Vinisius bu klubda oynamağa razılaşdı

Baş səhifə

“Real Madrid”in futbolçusu Vinisius Junior karyerasını İngiltərədə davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, Vinisiusun “Liverpul”a transfer olacağı barədə xəbərlər dərc edilib. İddialara görə, Vinisius “Liverpul”un təklifinə razılıq verib. Xəbərdə “Real”ın futbolçunun transferi üçün 150 milyon avro tələb etdiyi irəli sürülüb. “Fichajes”də dərc edilən xəbərə görə, İngiltərə nəhəngi 100 milyon avro ödəməyi nəzərdən keçirir.

Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi 2027-ci ildə yekunlaşır. Tərəflər yeni müqavilə barədə razılığa gələ bilməyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.