
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində dəmir
yolu nəqliyyatı ilə 10,556 milyon ton, avtomobil nəqliyyatı ilə
8,009 milyon ton və dəniz nəqliyyatı ilə 5,590 milyon ton yük
daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata əsasən, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış
yüklərin həcmi 12,615 milyon ton, o cümlədən Avropa-Qafqaz-Asiya
nəqliyyat dəhlizi ilə 6,117 milyon ton, Şimal-Cənub nəqliyyat
dəhlizi ilə 6,720 milyon ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə
4,417 milyon ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 402,7 min ton
təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46 faizini,
avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 faizini, dəniz
nəqliyyatı ilə daşınmış yüklərin 94,7 faizini tranzit yüklər təşkil
edib.

