Avrokomissar Avropa sərhədlərini ukraynalı hərbçilərin qorumasını təklif edib

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqının Müdafiə üzrə ali komissarı Andryus Kubilyus
Ukraynada münaqişə başa çatdıqdan sonra ukraynalı hərbçilərin
Rusiya ilə həmsərhəd olan bütün Avropa İttifaqı ölkələrində
yerləşdirilməsini təklif edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

O, ilk növbədə Litvadan başlamaq istədiyini vurğulayıb.




Avrokomissarın sözlərinə görə, bu addım Şərqi Avropa ölkələrinin
kollektiv müdafiə zəmanətlərini təmin etməyə və əlavə təhlükəsizlik
tədbirləri yaratmağa imkan verəcək.

Kubilyus bildirib ki, döyüş təcrübəsinə malik Ukrayna qoşunları
Baltik ölkələrində Almaniya və dövrü olaraq rotasiya olunan ABŞ
bölmələrinin yanına yerləşdirilə bilər.