Ağstafada badbəxt hadisə: kişini qohumunun evində tok vurub

Baş səhifə

Bakı.Trend:

Ağstafada kişini qohumunun evində tok vurub.

Trend xəbər
verir ki, hadisə Ağstafa rayonunun Düzqışlaq kəndində noyabrın 15-i
qeydə alınıb.




Belə ki, 1987-ci il təvəllüdlü Vəli Zeynalov saat 22 radələrində
qohumuna məxsus fərdi yaşayış evinin arxa hissəsində yerləşən su
matorunu təmir edərkən elektrik vurması nəticəsində həyatını
itirib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma
aparılır.