“Kanal 13” internet televiziyasının rəhbərinin kassasiya şikayəti təmin edilməyib

Baş səhifə

Bakı.Trend:

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun
barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə
prosesi yekunlaşıb.

Trend xəbər
verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə
keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.




Xatırladaq ki, Əziz Orucov Səbail Rayon Məhkəməsinin hökmü ilə 2
il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əziz Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq
üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi
ilə ittiham edilir.