Abşeronda kişinin üzərinə mərmər daşı düşərək ölüb.
“Report” xəbər verir ki, Xırdalan şəhərinin ərazisində Sumqayıt şəhər sakini 1980-ci il təvəllüdlü Ziyad Məmməd oğlu Həsənov idarə etdiyiyük avtomobilinə mərmər daşı yükləyən zaman daş üzərinə düşüb. Nəticədə kişi xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Araşdırmalar aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

