Özgü Feyiz: Təyyarə qəzasına səbəblərdən biri də, pərvanənin qopması ola bilər

Baş səhifə
Özgü Feyiz: Təyyarə qəzasına səbəblərdən biri də, pərvanənin qopması ola bilər

“Təyyarə qəzasına səbəblərdən biri də, hava gəmisinin pərvanəsinin qopması ola bilər”.

“Report” xəbər verir ki, bunu “Haber Global”ın efirində telekanalın xəbər direktoru Özgü Feyiz bəyan edib.

“Bu, “C130″lar da baş verən haldır. Çünki bundan öncə baş verən hadisələrin, təxminən 40-50 qəzada pərvanənin qopması qeydə alınıb. Yəni təyyarənin sayının çox olması müxtəlif qəzaların yaranmasına səbəb olur”, – deyə o bildirib.

Onun sözlərinə görə, qəzanın baş verməsi ilə bağlı əsas 5 səbəb göstərilir: “Bunlardan biri də, hava gəmisinin daxilində təzyiq məsələsidir. Çünki təyyarənin göydə hissələrə ayrılması ifadə edilir. Bütün hallarda qara qutunun tapılması əsas səbəbi ortaya çıxaracaq”.