Tramp Suriyanın inkişafına kömək etməyə hazırdır

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Suriyaya kömək etməyə sadiq olduğunu
bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp Suriya prezidenti
Əhməd əl-Şara ilə görüşdən sonra Ağ Evdə jurnalistlərə
bildirib.




“Biz Suriyanın uğurlu bir ölkəyə çevrilməsinə kömək etməyə
hazırıq”, – deyə o qeyd edib.

Trampın sözlərinə görə, Suriyanın hazırkı lideri “ölkəsini
çiçəkləndirməyə qadirdir”. “Düşünürəm ki, bu lider bunu edə bilər”,
– deyə ABŞ prezidenti qeyd edib.