Bakı. Trend:
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan
növbəti dəfə təyinat alıb.
Trend-in
məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar
arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın
14-də keçiriləcək Türkiyə-Ukrayna görüşünün hakim-inspektoru
olacaq.
H qrupunun qarşılaşması İstanbul şəhərində yerləşən “Kasımpaşa
Recep Tayyip Erdoğan” stadionunda baş tutacaq.

