Azərbaycan Premyer Liqası: XI turun daha bir oyunu baş tutub

Baş səhifə
Azərbaycan Premyer Liqası: XI turun daha bir oyunu baş tutub

Misli Premyer Liqasında XI turun daha bir oyunu baş tutub.

“Report” xəbər verir ki, “Turan Tovuz” səfərdə “Zirə”nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra Tovuz klubu 22 xalla turnir cədvəlinin ilk pilləsində yer alıb. 20 xala malik Bakı təmsilçisi isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində “Şamaxı” “İmişli”ni (1:0), “Sumqayıt” “Qəbələ”ni (2:0), “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı (2:1) üstələyib.