Bu hərbi texnikalar da paradda ilk dəfə nümayiş etdirilib

Baş səhifə

Bakı.Trend:

Silahlanmaya yeni qəbul edilmiş “Hero – 120” sərbəst uçan döyüş
sursatları ilk dəfə Bakıda Vətən müharibəsində Qələbənin beşinci
ildönümü münasibətilə keçirilən hərbi paradda nümayiş
etdirilib.

Trend xəbər
verir ki, həmçinin silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə
Sənayesinin məhsulu “Vaşaq” xüsusi əməliyyat nəqliyyat vasitələri, “Kobra 2” zirehli tibbi təxliyyə avtomobilləri ilk dəfə nümayiş
etdirilib.




Qeyd edək ki, Vətən Müharibəsindəki qələbəylə bağlı ilk hərbi
parad 2020-ci ildə keçirilib. 2023-cü ildə keçirilən hərbi parad
Xankəndidə baş tutub.