Zərdabda sağlam söyüd ağaclarını kəəsn şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə rayonun Gödəkqobu kəndi ərazisində qanunsuz olaraq ağac
kəsən S.Əzizov saxlanılıb.

Trend xəbər
verir ki, araşdırmalarla adıçəkilən şəxsin kəndin çöl sahəsində
sağlam söyüd ağaclarını kəsərək təbiətə maddi ziyan vurduğu müəyyən
edilib.




S.Əzizov barəsində qanunvericilə uyğun olaraq tədbir görülün və
o, inzibati qaydada məsuliyyətə cəlb edilib.