Əmək bazarının daha fəal olması üçün Dövlət Proqramı qəbul edilməlidir – Komitə sədri

Baş səhifə

Bakı. Trend:

İnkişaf etmiş ölkələrdə uşaq doğumu azalır, yaşlı insanların
sayı artır. Yaşlı insanların sayı artması ilə yanaşı sosial
büdcənin sosial yükü artır.

Trend xəbər
verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin sədri Musa Quliyev parlamentin bir neçə komitəsinin
ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət
büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.




Komitə sədri bildirib ki, 10-15 ildən sonra əmək bazarında
müəyyən problemlərin ola biləcəyi gözlənilir:

“Biz gələcəkdə əmək bazarının daha da fəal olması üçün sosial
xərclərin atılan istiqamətdə xərclənməsinə indidən inkişafla bağlı
dövlət proqramı qəbul etməliyik ki, yaxın 10-15 ildən sonra çox
ciddi bir insan potensialının, xüsusən, gənc nəslin sayının
azalması ilə bağlı problemlə üzləşməyək”.