Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəlib

Baş səhifə
Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəlib

Azərbaycanın basketbol klubu “Neftçi” FIBA Avropa Kubokunda növbəti oyununda qələbə qazanıb.

“Report”un məlumatına görə, I qrupunda mübarizə aparan “ağ-qaralar” IV turda Polşanın “Trefl” komandasını 92:87 hesabı ilə üstələyib.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Qeyd edək ki, qrupun digər görüşündə “Abşeron Lions” Estoniyada “Kalev”in qonağı olacaq. Bu oyun isə saat 21:30-da başlayacaq.