Dövlət qurumlarına qarşı 30 milyona yaxın zərərli keçid qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin oktyabr ayı ərzində Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə
29 476 141 zərərli keçid, şəbəkə təhlükəsizliyi sahəsində
əhəmiyyətli konsept olan “Sandbox” mühafizə sistemi vasitəsilə isə
3 493 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq
bloklanıb,

Trend xəbər verir ki, bu
barədə XRİTDX məlumat yayıb.

Bildirilir ki, bununla yanaşı son istifadəçilərdə quraşdırılan
təhlükəsizlik həlləri (mərkəzləşdirilmiş antivirus sistemi)
vasitəsilə 250 532 sayda zərərli fəaliyyətin qarşısı alınıb.




Kiberkəşfiyyat imkanlarından istifadə etməklə oktyabr ayı
ərzində dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 10 saxta
domen aşkarlanaraq bloklanması həyata keçirilib.