
Bakı. Trend:
Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan
Özbəkistana 52,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları
ixrac olunub.
Trend Azərbaycanın
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici
ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 milyon ABŞ dolları və ya 2
dəfə çoxdur.
Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Özbəkistana 27,9
milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac
olunmuşdu.
Qeyri-neft məhsullarının ixrac həcmində Rusiya (33,2%), Türkiyə
(16,5%), İsveçrə(9,4%), Gürcüstan(9,2%), Ukrayna (5,6 %), BƏƏ (3%),
Qazaxıstan (2,7%), Belarus (2,1%), Özbəkistan (2 %), Türkmənistan
(1,9%) və başqa ölkələrə (14,6%) tədarüklər üstünlük təşkil
edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları arasında Azərbaycan
bu və digər ölkələrə 2,649 milyard dollar dəyərində qeyri-neft
məhsulları ixrac edib.
Məlumatlara görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 184
milyon dollar və ya 7,5% dəyərində artım deməkdir.

