Bu ilin oktyabrında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin oktyabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası
alanların sayı 149 564 nəfər olub.

Trend xəbər verir ki, bu
barədə DSMF məlumat yayıb.




Bildirilir ki, onların 113 248 nəfəri yaşa, 14 180 nəfəri
əlilliyə, 22 136 nəfəri isə ailə başçısını itirməyə görə pensiya
alıb.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında xüsusi şərtlərlə əmək
pensiyası alanların sayı 145 685 nəfər olub.