“Aptek təşkilatlarına münasibətdə dərman vasitələri ilə təminat
əczaçılıq şirkətləri tərəfindən həyata keçirilir”.
Trend xəbər verir ki, bu
fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə
Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri
Tamam Həsənova açıqlayıb.
Onun sözlərinə görə, dərman vasitələri dövlət qeydiyyatına
alındıqdan sonra idxalı və satışı sərbəstdir:
“Respublikada əczaçılıq fəaliyyəti müvafiq normativ hüquqi
aktların tələblərinə əsasən tənzimlənir. Əczaçılıq fəaliyyətinə
lisenziya almaq istəyən hüquqi və ya fiziki şəxs qanunvericiliklə
tələb olunan müvafiq sənədləri toplayaraq “ASAN xidmət” mərkəzləri
vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə
müraciət etməlidir”.

