Uşaq hüquqlarını müdafiə edən orqanların fəaliyyətində dəyişiklik edilib

Baş səhifə

Bakı.Trend:

Uşaq hüquqlarını müdafiə edən orqanların fəaliyyətində
dəyişiklik edilib.

Trend xəbər
verir ki, bu fikirləri bu gün “Ailə, qadın və uşaq məsələləri
Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar
Muradova deyib.




O qeyd edib ki, uşaqlara münasibətdə qəyyumluq və himayə ilə
bağlı səlahiyyətlər uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara
həvalə edilib:

“Komissiyanın adı “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya”
adlandırılıb. Dövlət Komitəsində Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə
Komissiyanın Katibliyi yaradılıb”.