Türkiyədə mikroavtobus uçuruma yuvarlandı: ölən və yaralılar var

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Mersin vilayətinin Ərdəmli rayonunda kənd təsərrüfatı
işçilərini daşıyan mikroavtobusun uçuruma aşması nəticəsində 5
nəfər həlak olub, 14 nəfər yaralanıb.

Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.




Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi
yardım, jandarma və yanğınsöndürmə briqadaları cəlb edilib.

Yaralı 14 nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.