Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın futzal millisinin oyunlarının başlama saatı bəlli olub.
Bu barədə “Report”a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Noyabrın 4-də baş tutacaq Liviya – Azərbaycan və 6-da təşkil ediləcək Özbəkistan – Azərbaycan görüşləri saat 17:00-da start götürəcək.
Səudiyyə Ərəbistanı – Azərbaycan matçı isə noyabrın 8-də, saat 20:00-da baş tutacaq.
Qarşılaşmalar Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində keçiriləcək.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

