ABŞ Prezidenti Pentaqona Nigeriyaya mümkün müdaxiləyə hazırlaşmağı əmr edib

Baş səhifə
ABŞ Prezidenti Pentaqona Nigeriyaya mümkün müdaxiləyə hazırlaşmağı əmr edib

ABŞ Prezidenti Donald Tramp Pentaqona Nigeriyaya mümkün müdaxiləyə hazırlaşmağı əmr edib.

“Report” xəbər verir ki, o, bu barədə “Truth Social” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, ABŞ Müharibə Nazirliyi Afrika ölkəsində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı çevik, sərt və amansız güc tədbirləri hazırlamalıdır.

O, həmçinin ABŞ-nin Nigeriyaya bütün yardımlarını kəsməklə hədələyib.