Bakı. Trend:
İngiltərədə qatarda baş verən bıçaqlı hücum nəticəsində bir neçə
nəfər xəsarət alıb.
Trend xəbər verir
ki, bu barədə Kembricşir Polisi məlumat yayıb.
Bildirilib ki, saat 19:39-da qatarda bıçaqlı insident barədə
zəng daxil olub. Hadisə yerinə silahlı polis əməkdaşları
göndərilib, qatar Huntingdon stansiyasında saxlanılıb və iki nəfər
saxlanılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda Hantinqdon stansiyası bağlıdır, hər iki istiqamətdə
qatarların hərəkəti dayandırılıb. Hadisənin detalları
araşdırılır.

