
Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin
(M3 aqreqatı) həcmi 47,986 milyard manat təşkil edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumına görə, bu, aylıq
müqayisədə 218,8 milyon manat və ya 0,5%, 2024-cü ilin eyni dövrünə
nisbətən isə 2,4 milyard manat və ya 5,3% çoxdur.
Bundan başqa, 2025-ci ilin oktyabrın 1-nə manatla pul kütləsinin
(M2 aqreqatı) həcmi 37,188 milyard manat təşkil edib ki, bu da
aylıq göstəriciyə nisbətən 381,9 milyon manat və ya 1%, 2024-cü
ilin eyni dövrünə nisbətən isə 1,4 milyard manat və ya 3,9%
çoxdur.
Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,468
milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 341,7 milyon
manat və ya 1,2%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 776,1
milyon manat və ya 2,7% çoxdur.
Eyni zamanda, bu ilin sentyabrın 1-nə banklardan kənarda olan
nağd pul kütləsi (M0 aqreqatı) 17,011 milyard manat təşkil edib ki,
bu da aylıq müqayisədə 182,7 milyon manat və ya 1,1%, ötən ilin
eyni dövrünə nisbətən isə 1,2 milyard manat 7,4% çoxdur.

