
Bakı. Trend:
Cənubi Koreyanın “Xalq partiyası”ndan olan deputat Yu Yön Ha
Milli Assambleyanın iclası zamanı noutbukunda qorilla şəkli çəkməsi
ilə gündəmə gəlib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, parlamentari daşınmaz əmlak sahəsində auditlə
bağlı məruzəni dinləmək əvəzinə kompüterində “qorilla” sözünü
axtarışa verib və ekrandakı primatın rəsmini çəkməyə başlayıb.
Parlament üzvü əvvəl etdiyi hərəkətin heç bir məna kəsb
etmədiyini bildirsə də, sonrada bu hərəkətinə görə üzrxahlıq
edib.

