Bakı. Trend:
Polşa Avropa İttifaqından (Aİ) çıxma ehtimalını istisna etmir,
belə ki, bir çox polyak siyasətçilər istənilən Avropa təşəbbüsünə
qarşı çıxmağa meyllidirlər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin XİN rəhbəri Radoslav
Sikorski bəyan edib.
Diplomat Polşanın Avropa İttifaqından çıxmasının real ssenari
olub-olmadığı barədə sualı belə cavablandırıb: “Bəli, çünki bizdə
elə siyasətçilər var ki, ehtiyat naminə hər bir Avropa təşəbbüsünə “yox” deyirlər. Xatırlayırsınızmı, Andjey Duda enerjiyə qənaət edən
lampalara qarşı çıxmışdı? Sonradan məlum oldu ki, bu təklif Avropa
Şurasında keçmiş prezident Lex Kaçinskinin iştirakı ilə təqdim
olunub”.
Sikorskinin sözlərinə görə, Polşanın sağçı millətçiləri
Avropadan gələn bütün təklifləri “mütləq səhv qərarlar” kimi qəbul
etməyə öyrəşiblər.
Onun fikrincə, bu “zərərli təcrübədir”, çünki məhz belə yanaşma
“Brexit”in (Britaniyanın Aİ-dən çıxması –red.) yaranmasına səbəb
olmuşdu.

