“Qarabağ” bu gün Premyer Liqada növbəti oyununu keçirəcək

Baş səhifə
Qarabağ bu gün Premyer Liqada növbəti oyununu keçirəcək

“Qarabağ” klubu bu gün Misli Premyer Liqasında növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda X turda “İmişli” ilə üz-üzə gələcək.

Qarşılaşma “Azərsun Arena”da, saat 17:00-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 17 xalla ikinci pillədə qərarlaşıb. “İmişli” 12 xalla yeddincidir.

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.