Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti
konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycan XİN-dən Trend
bildirilib ki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə
heyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin
Konsulluq idarəsinin rəisi Emil Səfərov, Belarus nümayəndə heyətinə
isə Belarus Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq baş
idarəsinin rəisi Kojan Andrey Vyaçeslavoviç rəhbərlik edib.

Məsləhətləşmələrdə hər iki tərəfin xarici siyasət orqanlarının
məsul əməkdaşları, Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin və Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, həmçinin, Belarus
Respublikasının Xarici İşlər Nazirliyinin və Belarus
Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin
əməkdaşları iştirak ediblər.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında
əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə
ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları
müzakirə olunub.

Məsləhətləşmələrin sonunda aparılmış müzakirələrə uyğun olaraq
Protokol imzalanıb.