Ağalı kəndinin 2-ci mərhələsində istifadəyə veriləcək evlərin sayı açıqlanıb

Baş səhifə

Zəngilan. Trend:

Media nümayəndələri Prezidenti İlham Əliyev oktyabrın 28-də
açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsi
ilə tanış olublar.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, Cəbrayıl, Qubadlı, Zəngilan
rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva görülən işlər barədə
jurnalistlərə məlumat verib.

O bildirib ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyə
veriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi
evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli
binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə
ikiotaqlı mənzil inşa edilib.




Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və
qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə
kombilər quraşdırılıb.

Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park
Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq
istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın
ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların
istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait
yaradılıb.

Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.