Xidmət rəisi: Mədəni irs siyahısından səbəbsiz çıxarılan abidələrin yenidən siyahıya salınması təklif edilir

Baş səhifə
Xidmət rəisi: Mədəni irs siyahısından səbəbsiz çıxarılan abidələrin yenidən siyahıya salınması təklif edilir

2016-ci ildə qorunan mədəni irs siyahısından səbəbsiz olaraq çıxarılan abidələrin yenidən siyahıya salınması təklif edilir.

“Report” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, əməkdar memar Səbinə Hacıyeva jurnalistlər açıqlamasında deyib.

O qeyd edib ki, Nazirlik yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən edilməsi üzrə Ekspert Şurası əksəriyyəti yaşayış evləri olan bu abidələrin qorunmasını təklif edir:

“Həmin abidələri yeni araşdırmağa başlamışıq. Abidələrin əksəriyyəti yaşayış evləridir. 8 bina isə ictimai funksiya daşıyır. Bura məscid, kilsə və hamamlar aiddir. Çingiz Mustafayevin adını daşıyan tarixi küçədə indiyədək Abşeron memarlıq üslubunu saxlayan məscid və digər abidələr var. Ümumilikdə, “Təzəpir ərazisi” adlanan yerdə 73 tarixi abidə qorunur”.

S. Hacıyeva qeyd edib ki, qorunan mədəni irs siyahısı 25 ildir mövcuddur və artıq düzəlişlərin edilməsinə ehtiyac yaranıb:

“Bununla da heç vaxt siyahıda adı olmayan abidələrin də siyahıya salınması məsləhət görülüb”.

MƏLUMAT YENİLƏNİR…