Rio-de-Janeyro polisinin Braziliyanın “Qırmızı komanda” dəstəsi əleyhinə keçirdiyi əməliyyat nəticəsində 4 güman edilən cinayətkar öldürülüb.
“Report” xəbər verir ki, bu barədə G1 xəbər kanalı məlumat yayıb.
Bildirilib ki, bir polis əməkdaşı və atışma yerində olan insanlar yaralanıb.
“Toqquşma zamanı 4 şübhəli öldürülüb, 21 nəfər həbs edilib, 4 nəfər yaralanıb və xəstəxanaya çatdırılıb”, – kanal bildirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

