Türkiyənin məşhur klubu transfer qadağası ilə üzləşib

Baş səhifə
Türkiyənin məşhur klubu transfer qadağası ilə üzləşib

Türkiyənin “Sivasspor” klubu transfer qadağası ilə üzləşib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə FIFA qərar qəbul edib.

I Liqada çıxış edən bölgə təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.

Qeyd edək ki, “Sivasspor”da Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik də çıxış edir. Komanda I Liqada 14 xalla 11-ci pillədə qərarlaşıb.