
Bakı. Trend:
Azərbaycanda “Məişət paltaryuyan və qurutma funksiyalı
paltaryuyan maşınlara ekodizayn tələblərinə dair Texniki
reqlament”in və “Məişət paltaryuyan və qurutma funksiyalı
paltaryuyan maşınların enerji etiketlənməsinə dair Texniki
reqlament” layihəsi hazırlanıb.
Trend xəbər
verir ki, sənəd Prezident yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə hazırlanıb və hazırda
ictimai müzakirələr mərhələsindədir.
Məlumata əsasən, bu mərhələ yekunlaşdıqdan sonra layihə təsdiq
üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
“İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə
dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin
tələbləri nəzərə alınmaqla təhlili, o cümlədən aidiyyəti qurumlarla
razılaşdırılmaqla təsdiqi məqsədilə Azərbaycan Respublikası
Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır”, – məlumatda
qeyd edilib.


