
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası
növlərinin hesabına 655,437 milyon manat sığorta haqqı
toplanılıb.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 95,3 milyon manat və ya 17%
çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə
121,6 milyon manat və yaxud 33,5% artaraq 484,664 milyon manata
çatıb.
Beləliklə, 9 ayda həyat sığortası bazarında toplanmış hər 100
manat sığorta haqqının 73,9 manatı müştərilərə geri ödənilib.
Qeyd edık ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı
16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqı
toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manat
və ya 13% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri
ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.
Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5%
çoxdur.

