
Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsi
tərəfindən KTN-nin Aqrar Xidmətlər Agentliyi, DİN-in Masallı Rayon
Polis Şöbəsi və yerli icra nümayəndəliyinin əməkdaşları ilə birgə
Masallı rayonunun Kosakül kəndində fəaliyyət göstərən heyvan
bazarında monitorinq keçirilib.
Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, bazar ərazisinə gətirilən nəqliyyat vasitələri
dezinfeksiya edilib:
“İri və xırdabuynuzlu heyvanlara baxış keçirilib. Qeydə alınmış
nöqsanların aradan qaldırılması barədə müvafiq göstərişlər
verilib”.

