Bakı. Trend:
Litva hakimiyyəti Vilnüs Beynəlxalq Aeroportunu növbəti dəfə
uçuşlar üçün bağlayıb.
Trend xəbər verir
ki, bu barədə Litva Milli Böhran Mərkəzi məlumat yayıb.
Hava limanının fəaliyyəti hava məkanında bir neçə cismin, çox
güman ki, helium şarlarının aşkarlanması səbəbindən
dayandırılıb.
Qeyd olunur ki, bu, bir həftə ərzində baş verən dördüncü belə
hadisədir.

