44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr

Baş səhifə

Bakı.Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin oktyabrın 26-na olan xronikasını təqdim edir:

– Prezident İlham Əliyev xalqa müraciət edib.

– Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan, Qubadlı,
Cəbrayılın azad edilmiş kəndlərinin adlarını açıqlayıb.

– Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
instaqram hesabında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir
sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edilməsi münasibətilə
bağlı paylaşım edib.

– Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına
müsahibə verib.

– Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya
atəşinə tutub.

– Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistandan atəşə tutulub.

– Ermənistan atəşkəs rejimini pozmaqda davam edib.

– Ağcabədi rayonu, Tərtər şəhəri atəşə tutulub.

– Düşmən kvadrokopteri məhv edilib.

– Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub.

– Qubadlı rayonunun işğaldan azad olunan PadarXanlıq kəndlərinin videogörüntüsü yayılıb.

– İşğaldan azad olunan Qubadlı şəhərinin videogörüntüsü yayılıb.