
Bakı. Trend:
25 oktyabr tarixində Bakıda Avropa İttifaqının Azərbaycandakı
Nümayəndəliyi “Avropada Təhsil” sərgisinin
açılışı olub.
Trend xəbər
verir ki, 26 oktyabrda “Hilton” mehmanxanasında davam edəcəksərgidə
Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak
edib potensial tələbələrə təhsil imkanları barədə məlumat
verir.
Açılış mərasimində Aİ-nin Azərbaycandakı səfiri Mariyana
Kuyundziç, Azərbaycan Respublikasının elm və təhsil nazirinin
müavini Həsən Həsənli və Aİ-yə üzv dövlətlərin səfirləri iştirak
ediblər.
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç
bildirib:
“Biz sizi Avropa İttifaqının ali təhsil dünyasına dəvət edirik.
“Taleyini təhsil yazsın” builki təhsil sərgisinin şüarıdır. Təhsil
imkanlara açılan bir qapıdır və biz Azərbaycanın gənc nəslini
Avropa İttifaqında ali təhsil sahəsində olan imkanları kəşf etməyə
dəvət edirik”.
Sərginin rəsmi açılış mərasimində iştirak edən elm və təhsil
nazirinin müavini Həsən Həsənli Azərbaycan hökuməti tərəfindən
həyata keçirilən “2022-2028 Dövlət Proqramı” çərçivəsində Avropa
universitetlərində 200-yə yaxın tələbələnin təhsil aldığını
bildirib, proqramın yaratdığı imkanları vurğulayib. Nazir müavini,
həmçinin Latviya, Macarıstan və Rumıniya kimi Avropa ölkələri ilə
hökumətlərarası təqaüd proqramları vasitəsilə ikitərəfli
əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycan ali təhsil
müəssisələri ilə Avropa universitetləri arasında mövcud
əməkdaşlıqlar çərçivəsində həyata keçirilən ikili diplom
proqramları, ortaq tədqiqat layihələri və müəllim-tələbə
mübadilələri barədə məlumat verilib.
“Avropada Təhsil” sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin
keçirdiyi geniş miqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həm
də Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir.
Aİ Azərbaycanda təhsil sektorunu 29 layihə ilə dəstəkləyib.
Sərginin hər iki günündə təmənnasız olaraq keçiriləcək məlumat
sessiyalarında Avropa universitetləri təhsil proqramlarını təqdim
edəcəklər. Gənc Avropa Səfirləri Aİ-nin dəstəklədiyi təhsil
imkanları haqqında da məlumat verəcəklər.
“Avropada Təhsil” sərgisi şənbə və bazar günləri, 25-26 oktyabr
tarixlərində saat 10:00-dan 18:00-dək
“Hilton” mehmanxanasının “Sevda” zalında keçiriləcək. Avropada
təhsil almağa marağı olan bütün tələbə və gənc mütəxəssislər
www.eu4azerbaijan.eu/europe-education-fair/
linkdən istifadə edərək qeydiyyatdan keçməyə və tədbirə qatılmağa
dəvət olunurlar.

